40 qız və 40 oğlan “Best model” uğrunda mübarizəyə qoşuldu – FOTO
“Best model of Azerbaijan” müsabiqəsinin seçim turu başa çatıb.
ARANTV.AZ xəbər verir ki, münsif kürsüsündə Əməkdar artist Tünzalə Ağayeva, şairə Zəhra Bədəlbəyli, modellər Rüstəm Cəbrayılov, İlqar Əliyev, stilistlər Anar Ağakişiyev, Fuad Hacıyev, biznes ledi Ruhi Əliyeva və başqalarının yer aldığı yarışmada 40 oğlan və 40 qız növbəti tura keçib.
Növbəti tur zamanı isə 10 oğlan və 10 qız ələnərək, 60 nəfər finala keçəcək. Final tarixi bəlli olmasa da, tədbirin aparıcısı Samir Bayramlıdır.
Layihənin Milli və Beynəlxalq direktoru Aqil Məmiyev, icraçı direktoru Pərviz Əzimzadə, baş prodüseri Rəna Sultanovadır.
oxu.az

