Hadisə 

Bakıda küçədə kişi meyiti tapılıb

Bakıda ölüm hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Gecə saat 02:00 radələrində rayon ərazisində kimliyi məlum olmayan, təxminən 45-50 yaşlarında naməlum kişi meyiti tapılıb.

Aparılan araşdırmalar nəticəsində ölən şəxsin 1974-cü il təvəllüdlü Kərimov Vüqar Ələşrəf oğlu olduğu məlum olub.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.APA

Daha çox xəbərlər