Gündəm 

ÜGT-nin İnformasiya Texnologiyaları Konfransı və Sərgisi Azərbaycanda keçiriləcək

ARANTV.AZ xəbər verir ki, Gələn il Ümumdünya Gömrük Təşkilatının İKT sahəsində ən böyük tədbiri olan İnformasiya Texnologiyaları Konfransı və Sərgisi Azərbaycanda keçiriləcək. İnformasiya texnologiyaları və texnoloji innovasiyalar üzrə xarici iqtisadi fəaliyyət iştirakçıları ilə görüşdə bu barədə məlumat verilib.

Son illər gömrük işinin təşkili sahəsində informasiya texnologiyalarının tətbiqi genişləndirilib. Nəticədə məmur-vətəndaş təması minimuma endirildib. Artıq istənilən xarici iqtisadi fəaliyyət iştirakçısı gömrük orqanına gəlmədən internetə çıxış imkanı olan hər hansı məkandan gömrüklə bağlı əməliyyatları yerinə yetirmək imkanına malikdir. Elektron Hökumət Portalı vasitəsilə Dövlət Gömrük Komitəsinin təqdim etdiyi xidmətlərin sayı da artırılıb. 2018-ci ilin 8 ayı ərzində ümumilikdə elektron xidmətlərdən istifadə edənlərin sayı 2 milyon 50 mindən artıq olub. İnformasiya texnologiyaları və texnoloji innovasiyalar üzrə xarici iqtisadi fəaliyyət iştirakçıları ilə keçirilən görüşün əsas məqsədi də sahibkarların informasiya kommunikasiya  sahəsindəki təklif və rəylərini öyrənməkdir. Komitə sədri Səfər Mehdiyev diqqətə çatdırdı ki, gələn il ÜGT-nin  İKT sahəsində ən böyük tədbiri olan İnformasiya Texnologiyaları Konfransı və Sərgisi Azərbaycanda keçiriləcək. Azərbaycanda Amerika Ticarət Palatasının Direktorlar Şurasının prezidenti Nuran Kərimov, Palatanın icraçı direktoru Natəvan Məmmədova gömrük sistemində aparılan islahatların islahatların müsbət nəticələr verdiyini bildirdilər. Biznes subyektlərinin təklif və rəyləri də dinlənildi. ÜGT-nin  Kommunikasiya, Tədbirlər və Texnoloji İnnovasiyalar İdarəsinin baş meneceri Lyudovik Tanay isə gələn il Bakıda keçiriləcək İnformasiya Texnologiyaları Konfransı və Sərgisi ilə bağlı təqdimatla çıxış etdi.

 

Daha çox xəbərlər