Kriminal 

Yad kişi ilə şəkillərini tapıb həyat yoldaşına 18 bıçaq vurdu — DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Bakı Ağır Cinayətlər Məhkəməsində xəyanət üstündə arvadını öldürən şəxsin məhkəməsi başlayır.

ARANTV.AZ-ın məlumatına görə, cinayət məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Feyziyev Rəfayıl Bəndalı oğlunun məhkəmə prosesinin hazırlıq iclası sentyabr ayının 13-də hakim Rasim Sadıxovun sədrliyi ilə keçiriləcək.

İttiham aktına görə, qanlı hadisə Sumqayıt şəhəri, 9 -cu mikrarayon ərazisində baş verib. Belə ki, ər həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və yaşadığı mənzildən onun yad kişi ilə fotoşəklini tapıb. Bundan sonra Sumqayıt şəhər sakini 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri tərəfindən 18 bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisədən sonra qətli törədən ər könüllü olaraq polisə təslim olub.

Qeyd edək ki, mərhumun iki övladı var.

ölkə.az

Daha çox xəbərlər