Səngərdən Xankəndinə uzanan yol
Ölkədə aparılan köklü siyasi islahatların məntiqi nəticəsi olaraq ortaya çıxan növbədənkənar Parlament Seçkiləri ilə cəmiyyətin fəal seçici təbəqəsini sayılı günlər ayırır.Hər kəs—istər potensialının bu seçkilərdə test edən namizədlər,istərsə də yeni arzu ,istək və ümidlərlə 9 fevral təvimindən böyük gözləntilər uman vətəndaşlar səsvermə və səslərin hesablanma anlarını həyəcanla gözləyir. Bu mənada indi hər kəsi düşündürən bir ciddi sual var ki, ona alacağı cavabla Azərbaycan insanı özlüyündə bir yekun qənaət formalaşdırmaq istəyindədir.Təmsil etdiyi cəmiyyət taleyini keçmişə,əski standartlara, çeynənmiş siyasi terminlərə,üzücü boş vədlərə yoxsa demokratik bəşəri dəyərlərə, fərqli düşüncəyə,daha cəsarətli çağırış və davranışlara bağlamaq niyyətindədir?
Namizədlər dünyagörüşü, bacarıq və təcrübəsilə digərlərindən müxtəlif xarakterik keyfiyyətləri ilə üstün olduqlarını sübut etməyə çalışır.Təbliğat yöntəmləri də təbii ki,fərqliliyi ilə diqqət çəkir. Amma proseslərin gedişatı onu da göstərir ki, müasir seçici heç də qarşılaşdığı bu yöntəmlərə, dinlədiyi fikirlərə və hətta namizədlərə əski sadəlövlüyüyü və laqeyd münasibətilə yanaşmır. Müşahidələr söyləməyə əsas verir ki, xalq –seçici yeni sima, yeni düşüncə axtarışındadır. Belə desək hətta seçkilərin indiki son mərhələsində fəal seçici təbəqəsinin ürək qızdırıb ümid bəslədiyi konkret namizədlər də müəyyənləşib.Onların arasında Xankəndi Seçki Dairəsindən namizədliyini irəli sürmüş tanınmış gənc jurnalıst Şamxal Adıgöəlovun seçki marafonunun dinamik və uğurlu gedişatı xüsusi ilə diqqəti cəlb edir.Hətta deyərdim ki, qısa dönəmdə onun bioqrafik özəllikləri də daxil təbliğat , təşviqat marafonu o qədər irəli getməyi bacarıb ki, artıq köhnə düşüncəli ,əski ənənələrə bağlı, ölkə rəhbərliyinin iradəsi ilə həyata keçirilən islahatlardan nəsibini almayan dairələr çətin dilema qarşısında qalıb.O mənada ki, Şamxal Adıgözəlov ismi adı çəkilən konkret dairədə seçkilərin taleyində həlledici rol oynaya biləcəyi üçün o dairələr narahat olmağa başlayıb.Narahatlığın kökündə dayanan problem Şamxal Adıgözəlov kimliyinin cəmiyyətin belə deyək arzuolunmaz şəxslər sırasında yer alması deyil.Əksinə hər kəs bu gənc,bacarıqlı namizədin bu yaşadək keçdiyi ömür yolunda elinə, obasına, xalqına, dövlətinə və prezidentinə nə qədər möhkəm tellərlə bağlı olduğunu yaxş dərk edir.Təsadüfi deyil ki, o təbliğat marafonu çərçivəsində oymaq-oymaq gəzib dolaşdığı ölkədə, Xankəndi seçicilərilə keçirdiyi görüşlərdə stabil şəkildə bir həqiqəti səmimi şəkildə bəyan edib.Şamxal Adıgözəlov ölkə prezidenti cənab lham Əliyevin siyasi kursuna,Heydər Əliyev ənənələrinə dərindən bağlı olduğunu elə bu marafona da məhz həmin sevginin gücündən cəsarət almaqla qoşulduğunu bildirib.Onu da xüsusi olaraq qeyd edib ki, Qarabağ kimi həssas bir problemin həlli dövlət səviyyəsində həyata keçirilən məqsədyönlü tədbirlərin məntiqi nəticəsi olaraq ən qısa dönəmdə həllini tapacaq.Millət vəkili seçiləcəyi təqdirdə bu məsələnin biryolluq həlli istiqamətində maksimum fəallıq nümayiş etdirəcək.Yəni boğazdan yuxarı populist vədlərdən və ifadələrdən uzaq olub.
Əslində namizəd olaraq Şamxal Adıgözəlov bir çox üstünlüklərə malikdir.
Gəncliyinə rəğmən hörmətli ailə sahibi, nümunəvi ata, işgüzar jurnalist, yaşadığı məhəllənin, rayonun, bölgənin güvənini və sevgisini qazanmağa nail olmuş lider vətəndaş.Qarabağlı,Xankəndili köçkün olaraq köçkünlüyün, yurd nisgilinin nə qədər ağrılı acılı və çətin olduğunu hər kəsdən yaxşı bilən biri. Cəsarətli jurnalist kimi döyüşlərin ən qızğın vaxtında səngərlərdə əsgərinin yanında yer alan vətənpərvər,yaradıcı şəxs olaraq daim sadə vətəndaşların sosial –hüquqi mənşəli problemlərini lentə aldığı telesüjetlərlə ictimailəşdirib həllinə nail olan əsl söz sahibi.Bir sözlə bölgəni, bölgənin potensialını , dərdini, qayğılarını ,hədəflərini yaxından bilən və ən zəruri anlarda ən doğru qərarlar qəbul etmək bacarığında olan Şamxal Adıgözəlov seçkilərsiz belə yaradıcı və insani qabiliyyəti ilə belə demək mümkünsə vətəndaşının vəkili vəzifəsini icra edib. Məhz bu üstünlüklərinin nəticəsidir ki, seçki marafonu çərçivəsində ayaq basdığı ünvanlarda köçkün soydaşları onu ən əziz qonağı kimi qəbul edib, ən çox etibar etdikləri adamlardan biri kimi qucaq açır. Bu artıq namizəd olaraq seçkilərdə onun lehinə ola biləcək yekun nəticələrin bir müjdəçisidir.
Bu məqamdə qayıtmaq istərdim fikirlərimin əzəlki mərhələsinə. Söhbət Şamxal Adıgözəlovun yekun mərhələdə qazandığı başarının bəzi dairələr üçün yaratdığı sıxıntılardan gedir. O dairələrin qənaətinə görə belə düşünülə bilər ki, Xankəndi dairəsindən seçiləcək millət vəkili mütləq şəkildə Qarabağ icması rəhbərliyində təmsil olunmalıdır.Əbəttə ki, həmin məqamdə görəvini yerinə yetirən şəxslərin fəaliyyətinə kölgə salmaqdan tamamən uzağam.Əksinə hesab edirəm ki, indiki Azərbaycan reallığnda hər bir vətəndaş Qarabağlıdır və rəsmən icmada təmsil olunan qardaş bacılarının hər bir uğuruna dəstək vermək vətəndaşlıq borcumuzdur.Hətta deyərdim bu məqamın özü özlüyündə Millət Vəkilliyi statusuna bərabər və hardasa ondan da üstündür. O vəzifənin daşıyan şəxslər ölkə daxilində və beynəlxalq əhəmiyyətli tribunalarda Qarabağı təmsil etmək məqsədilə görəvləndirilmiş durumdaykən ikinci bir deputat statusu ilə həmin şəxsləri yükləməyə nə lüzum var.Axı bu gün hər bir ölkə vətəndaşı aparılan islahatlardan söhbət açıb real nəticələrini görmək istəyir. Əzəlki dönəmlərdə olduğu kimi eyni şəxsi bir çox vəzifə üçün hesabatlı hala çatdırmaq istəyi cəmiyyətin baş qaldıran ümidlərinə zərbə vurmazmı. Həta seçkilərin real nəticələrinə şübhə toxumu səpməzmi… Bu cür yanaşma dövlətimizin maraqlarına, beynəlxalq öhdəliklərinə, prezidentin apardığı uğurlu islahatlar kursuna yaxşı mənada nə kimi layiqli töfhə verə bilər sizcə…
Hesab edirəm ki, hadisələrin normal axarına toxunmağa kimsənin haqqı çatmır.Əgər xalqının, dövlətinin və prezidentinin gücünü arxasında hiss edib mübarizəyə qoşulan bir gənc namizəd Şamxal Adıgözəlovun timsalında naliyyət əldə edirsə və hədəfinə çatarsa bundan hər kəs, bütün Azərbaycan cəmiyyəti qürur duymalıdır.Çünki bir gənc vətənpərvərin uğuru ölkə daxilində və xaricində Azərbaycan gəncliyinin böyük zəfəri kimi tarixləşəcək. Azərbaycan Respublikası prezidentinin rəhbərliyi altında həyata keçirilən gəncllər siyasətinin uğurlu təzahürü kimi qiymətləndiriləcək.Ən əsası isə ölkədə yeni seçki təfəkkürünün formalaşmasına zəmin yaradacaq. Çünki Şamxal Adıgözəlovu parlamentə aparan yol isti kabinetlərdən deyil döyüş səngərlərindən və xalqının ürəyindən keçir.
İmza: Jurnalist Ehtiram Muradov


