Azərbaycan Türkiyəyə başsağlığı verdi
Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyənin Van şəhərində baş verən qar uçqunu və İstanbuldakı sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Bununla bağlı XİN-in rəsmi “Twitter” səhifəsində paylaşım edilib:
“Qardaş Türkiyənin Van şəhərində baş vermiş qar uçqunları və İstanbul şəhərində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına hüznlə başsağlığı bildirir, yaralılara isə Allahdan şəfa diləyirik. Kədərin kədərimizdir, KardeşTürkiye!”
Qardaş Türkiyənin #Van şəhərində baş vermiş qar uçqunları və #İstanbul şəhərində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına hüznlə başsağlığı bildirir, yaralılara isə Allahdan şəfa diləyirik.
Kədərin kədərimizdir, #KardeşTürkiye!@TC_Disisleri



