Hadisə 

Nazirlik əməkdaşına qarşı dələduzluq edən şəxslə bağlı qərar çıxarıldı

Bakıda külli miqdarda dələduzluqda təqsirli bilinən Elmar Məlikovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

ARANTV.AZ xəbər verir ki, hakim Rəşad Abdulovun icraatında olan məhkəmə iclasında qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, E.Məlikov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, E.Məlikov bankda çalışarkən etibardan sui-istifadə və aldatma yolu ilə Tamilla Mikayılovanın əmlakını ələ keçirmək məqsədilə pul verdiyi halda, “Accessbank” ASC-də debet kartla şəxsi hesabına ABŞ dolları mədaxil edərək hesabdakı pulu manata dəyişməklə məxaric edib. Həmin pulu valyutadəyişmə mətəqəsində ABŞ dollarına dəyişərək, yenidən şəxsi hesabına mədaxil etməklə mütəmadi konvertasiya əməliyyatı həyata keçirib. O, bu yolla zərərçəkmiş şəxsə gündəlik qazanc verəcəyini yalandan vəd edib.

Bu məqsədlə T.Mikayılovadan hissə-hissə olmaqla ümumilikdə, 280 min manat alıb. E.Məlikov bundan başqa, Mehman Allahverdiyevdən də eyni üsulla 180 min manat alaraq hər iki şəxsə qarşı dələduzluq edib.

Xatırladaq ki, zərərçəkmiş M.Allahverdiyev hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışır.Oxu.Az

Daha çox xəbərlər