Kriminal 

Bakıda bacısının boğazını kəsərək öldürən qardaş təslim oldu

Bakıda qətl törədən şəxs polis əməkdaşlarına təslim olub.

Bu barədə Oxu.Az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, hadisə “Memar Əcəmi” metrostansiyası yaxınlığında, Hüseynbala Əliyev küçəsi 12-ci bina ətrafında baş verib.

Belə ki, Cəfərov Sahib Ələkbər oğlu bacısı, 1967-ci il təvəllüd Cəfərova Tovuz Ələkbər qızını qətlə yetirib.

Zəngilan rayonunda qeydiyyatda olan S.Cəfərov bacısının boğaz nahiyəsini ülgüclə kəsərək öldürüb.

Hadisədən sonra o, Nəsimi rayon 19-cu Polis Bölməsinə gələrək təslim olub.

S.Cəfərov qətldə istifadə etdiyi ülgücü polis əməkdaşlarına təhvil verib.

Faktla bağlı araşdırmalar davam edir.

Daha çox xəbərlər