Kriminal 

Qadın keçmiş sevgilisinin arvadını təhqir etdi, öldürüldü — Ceyranbatandakı dəhşətli CİNAYƏTİN TƏFƏRRÜATI

Qeyri-rəsmi münasibətdə olduğu qadını qətlə yetirməkdə təqsirli bilinərək məhkum olunan Vəliyev Vahid Şərbət oğlu Ali Məhkəməyə müraciət edib.

ARANTV.AZ xəbər verir ki, onun müraciətinə hakim Fəhad Kərimovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

İş üzrə məhkəmə baxış iclası fevral ayının 18-nə təyin olunub.

Məhkəmə prosesi zamanı Vahid Vəliyev ona  elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərib ki,  Gülnaz adlı qadınla evliliyindən Gülay adlı qızı anadan olub və 2009-cu ildə arvadından ayrılıb. 2008-ci ildə Ceyranbatan qəsəbəsində torpaq alaraq ev tikib ora köçdükdən sonra onun evinin qarşı tərəfində olan evdə yaşayan Mirzəyeva Yeganə ilə tanış olub: “Tez-tez Yeganənin evinə gedərək onunla əlaqədə olurdum. Özüm «ZİL» markalı avtomaşınla daş karxanalarından mişar daşı alıb satmaqla dolanırdım. 2011-ci ildə qohumum Xanımla ailə həyatı qurdum. Həmin nikahdan Ərkinaz adlı qızımız dünyaya gəldi. Evləndikdən sonra Yeganə ilə əvvəlki kimi əlaqə saxlamadım. Son vaxtlar Yeganə dəfələrlə zəng edib məni evinə çağırırdı. Mən də ona görüşmək istəmədiyimi, ailəli olduğumu bildirirdim. Yeganə isə hər dəfə söyüş söyürdü, mesajlar yazırdı. Mən həmin söyüşlərə cavab vermirdim. Yeganə ilə əlaqəmizdən Xanımın xəbəri yox idi. Yeganə ilə əlaqə saxlamaq istəmirdim. Çünki arvadımın əlaqəmizi bilməsini istəmirdim. Bir gün daş karxanasında olarkən Yeganə  zəng edərək mənimlə  işi olduğundan evə gələndə yanına gəlməyimi xahiş etdi.

Vahid onun evinə gedən zaman Yeganə ona münasibətlərini bərpa etməyi təklif edib. Lakin Vahid onun istəyini rədd etdikdə Yeganə onun və ailə üzvlərinin ünvanına söyüş söyüb. Bu zaman Vahid Yeganənin qulağına yumruqla zərbə vurub. Yeganə zərbənin təsirindən öldükdən sonra Vahid cinayətin izlərini  gizlətmək məqsədi ilə meyiti idarə etdiyi VAZ 21099 markalı avtomobilin yük yerinə qoyaraq Qobu qəsəbəsinin yaxınlığında yerləşən «Qızıl qaya» adlanan daş karxanasının yaxınlığındakı təpədə üzərinə mişar daşları tökməklə basdırıb.

V. Vəliyevin cinayət işi üzrə istintaq tamamlandıqdan sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə onun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəmənin hökmü ilə V. Vəliyev 13 il müddətinə azadlıqdan məhrum edilib.


Ölkə.Az

Daha çox xəbərlər