Ata uşağını sakitləşdirmək üçün unikal üsula əl atdı – VİDEO
ABŞ sakini Loni Karter ağlayan uşağını sakitləşdirmək üçün orijinal üsul seçib: o, oğlunun ağlamaq səsini yazıb, sonra isə audionu qoşub. Bundan sonra uşaq sakitləşib.
Bu barədə “The Sun” xəbər yayıb.
“Dostum, bu sənsən. Sənin səsin belədir”, – deyə ata oğluna müraciət edir.
Kadrlar sosial şəbəkədə çox bəyənilib, bir çox istifadəçilər atanın bu yeni üsulunun dahiyanə olduğunu deyiblər.

