“Kənd təsərrüfatı üzrə peşə təhsili: yeni ixtisasların yaradılması” layihəsi çərçivəsində 7 dərslik hazırlanıb
ARANTV.AZ xəbər verir ki, bu il peşə təhsili üzrə 33 yeni ixtisas yaradılıb. “Meyvə və Tərəvəz ustası ixtisasları üzrə dərslik də hazırlanıb. Həmçinin Peşə Tədris Mərkəzinin bazasında yeni, səkkiz istiqaməti əhatə edən müasir peşə tədris mərkəzinin yaradılması üçün işlər aparılır.
Yeni çağırışlara cavab verən təhsil proqramlarının icrası davam etdirilir. Peşə təhsilinin inkişafı istiqamətində də addımlar atılır. Əmək bazarının dəyişən və artan tələbləri nəzərə alınaraq, bu il 33-ü yeni ixtisas olmaqla, ümumilikdə 168 ixtisas üzrə peşə təhsili mərkəzlərinə tələbə qəbulu həyata keçirilir.
“Kənd təsərrüfatı üzrə peşə təhsili: yeni ixtisasların yaradılması” layihəsinin ilkin mərhələsində 12 modul dərslik hazırlanıb. Bu il isə daha 7 dərs vəsaiti tərtib olunub. Bu kitablar təkcə təhsil alanlar deyil, həm də pedaqoqlar üçün nəzərdə tutulub. Peşə təhsili müəssisəsində çalışan müəllimlər isə xüsusi təlimlərdə iştirak ediblər. İlkin olaraq bu layihə Qəbələ, Qax və İsmayıllı peşə təhsili müassələrində tətbiq olunacaq. Bundan başqa ölkəmizdə Sənaye və İnnovasiyalar üzrə Peşə Tədris Mərkəzinin bazasında yeni, səkkiz istiqaməti əhatə edən müasir peşə tədris mərkəzinin yaradılması üçün işlər aparılır. Layihəyə gələn il başlanılması nəzərdə tutulur.

