Bakı sakinindən 14 kq heroin götürüldü
Bakı sakinində külli miqdarda narkotik vasitə aşkarlanıb.
“Report”un məlumatına görə, hadisə Xətai rayon ərazisində qeydə alınıb.
Belə ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1978-ci il təvəllüdlü İ.Əliyev saxlanılıb.
Onun üzərinə baxış zamanı 13,9 kq heroin və 1,3 kq metamfetamin aşkar olunraq götürülüb.
Daha sonra o, Xətai RPİ-nin 35-ci Polis Bölməsinə təhvil verilib, araşdırma aparılır.

