Rəhmətə gedən Aprel qazisinin son görüntüləri: “Bu torpaq bizimdir”/VİDEO
“Tuman altında gizlənən oğlanlara deyirəm ki, qeyrətiniz, namusunuz olsun”.
Bu sözləri dünən rəhmətə gedən, aprel döyüşlərində başından ağır qəlpə yaraları almış Qarabağ qazisi Qoşqar Hacıyev deyib. Yayılan videogörüntüdə o, azərbaycanlı kişilərə səslənib.
“Məni sevənlərin hamısına salamlarımı göndərirəm, təşəkkürümü bildirirəm. Allah sizdən razı olsun deyirəm. O tuman altında gizlənən oğlanlara deyirəm ki, qeyrətiniz, namusunuz olsun. Bu torpaq bizimdir”.
Bundan əlavə aprel qazisi sözlərinə belə davam edib: “Ay mama şotuna fırlanıb, “Prado” sürən oğlan, mən öz şotuma fırlanan oğlanam”
Qeyd edək ki, aprel döyüşlərində başından ağır qəlpə yaraları almış Qarabağ qazisi Qoşqar Hacıyev dünən axşam saatlarında dünyasını dəyişib. Qazi həkim müdaxilələrinə baxmayaraq həyatını itirib.
Qeyd edək ki, qazi həm Azərbaycanda, həm də Türkiyədə müalicəsini davam etdirirdi. Başında çoxsaylı qəlpələr olan Qoşqar Hacıyev uzun müddət komada qalıb.

