Nazir şəffaf işləyən sahibkarlara təşəkkür etdi
İqtisadiyyat naziri şəffaf işləyən bütün sahibkarlara təşəkkür edib.
Konfransda Vergilər nazirinin müavini İlkin Vəliyev “Vergi inzibatçılığında şəffaflığa aparan yol” mövzusunda təqdimatla çıxıb edib və vergi sistemində reallaşdırılan islahatlar, vergi qanunvericiliyinə edilmiş dəyişikliklər, həyata keçirilən və nəzərdə tutulan işlər barədə danışıb.
Tədbirdə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) rəhbəri Nuran Kərimov “Kölgə iqtisadiyyatı” ilə mübarizə və şəffaflıq”, “Millennium” turizm şirkətinin direktoru Ruslan Quliyev “Vergi sahəsində sahibkarlar üçün yaradılmış münbit şərait”, Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev “Şəffaf uçot, asan hesablama, dürüst hesabatlılıq vergi inzibatçılığının əsas istiqaməti kimi”, “Unimetal” MMC-nin direktoru Rüfət Əzizov “Vergi siyasətinin investisiya mühitinə təsiri”, AMEA-nın müxbir üzvü, professor Akif Musayev “Vergi orqanı: dünən, bu gün” mövzusunda çıxış ediblər.
Natiqlər ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin daha da yaxşılaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində Vergilər Nazirliyi tərəfindən həyata keçirilən tədbirləri müsbət qiymətləndiriblər, iqtisadiyyatın şəffaflaşdırılması məqsədilə aparılan islahatlara dair təkliflər səsləndiriblər.
Sonra konfrans öz işini panel iclasında davam etdirib. İclasda İqtisadiyyat və Vergilər nazirliklərinin, Azərbaycan Mərkəzi Bankının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən iştirakçıların sualları cavablandırılıb, aktual məsələlər ətrafında müzakirələr aparılıb.

