Hadisə 

Fədayə Laçın həbsxanada kökəlməsindən danışdı

Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən Fədayə Laçın Bakı İstintaq Təcridxanasındakı həyat tərzindən danışıb.

ARANTV.AZ-ın xəbərinə görə, o, bu gün keçirilən məhkəmə iclasına gətirilib.

Proses başlamazdan əvvəl müğənni həbsdəki vəziyyətinə toxunub.

O, azadlıqdakı durumu ilə müqayisədə həbsdə olarkən artıq çəki aldığını deyib:

“Orada bütün günü yemək yeyirəm, oturaq həyat tərzi sürürəm. Ona görə kökəlmişəm. Mənə evdən də yemək göndərirlər”.

O, saxlanma şəraitindən narazılıq etməyib. oxu.az

Daha çox xəbərlər