Cəmiyyət 

İtkin düşmüş 4 nəfər tapılaraq ailəsinə təhvil verildi

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də 30 cinayətin üstü açılıb. Onlardan 4-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Bakı şəhər Baş Polis İdarəsindən Sonxeber.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 26 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 5, oğurluq üzrə 15 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Daha çox xəbərlər