Cəmiyyət 

Elmir Vəlizadə: “Əhalinin 75 faizinin yüksək sürətli internetə çıxışı var”

Ötən il ərzində ölkəmizdə İKT sektorunun ümumi həcmi 2,2 mlrd. manat təşkil edib.

ARANTV.AZ  xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

E.Vəlizadə bildirib ki, bu rəqəm gələcəkdə daha da artacaq: “İKT üzrə gəlirlər ümumi ÜDM-in 1,8%-ni, qeyri-neft sektoru üzrə isə 2,9%-ni təşkil edir”.

Nazir müavini onu da qeyd edib ki, bu gün Azərbaycanın 97,1%-i 3G və 4G internet şəbəkəsinin əhatə dairəsinə daxildir: “Əhalinin 80%-nin internetə, 75%-nin isə yüksək sürətli internetə çıxışı var”.

Oxu.Az

Daha çox xəbərlər