Dünya 

Türkiyədə qızıl mədəninə gedən işçilər qəzaya düşdü: Ölənlər var – FOTO

Türkiyədə İzmir şəhərinin Bergama rayonunda dəhşətli qəza baş verib.

“Demirören Haber Ajansı”nın (DHA) yaydığı xəbərə görə, hadisə Bergama-Ayvalık magistralında olub.

Xəbərdə bildirilir ki, qızıl mədəninə işçiləri aparan avtobusla yük maşını toqquşub.

Nəticədə, dörd nəfər ölüb, səkkiz nəfər yaralanıb.

Hadisə yerinə tibbi yardım işçiləri cəlb edilib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Daha çox xəbərlər