Gündəm 

İşdən azad edilən direktor və müəllimlərin sayı açıqlandı

“Aparılan monitorinqlər nəticəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 əməkdaşı, 10 təhsil müəssisəsinin rəhbəri, 20 direktor müavini, 9 müəllim, 1 kitabxana müdiri işindən azad edilib”.

ARANTV.AZ xəbər verir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil idarəsinin rəhbəri, naziri müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, bununla yanaşı Bakı Şəhəri üzrə Təhsil idarəsinin 2 əməkdaşı, 18 təhsil müəssisəsi rəhbəri, 32 direktor müavini, 54 müəllim, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin struktur bölmələrinin 6 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib:

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin struktur bölmələrinin  30 əməkdaşı, 27 təhsil müəssisnin rəhbəri, 11 direktor müavini, 40 müəllimə xəbərdarlıq edilib.

Görülmüş tədbirlər nəticəsində 58474 manat məbləğində vəsiaitin dövblət büdcəsinə qaytarıması təmin eidlib”.qafqazinfo

Daha çox xəbərlər