Cəmiyyət 

Qubada istirahət mərkəzində yanğın olub

Quba rayonunda istirahət mərkəzinin ərazisində ümumi sahəsi 160 m² olan ikimərtəbəli taxtadan ibarət kotecin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha çox xəbərlər