Gündəm 

Ötən gün İSBAM təşkilatının dəstəyi ilə “UNUTMAYAQ Kİ, UNUDULMAYAQ”adlı layihəyə start verildi.

Gənc fəal Elman Azizovun təşkilatçılığı ilə 1-çi fəxri xiyabanda azərbaycanlı rəssam-modelyer,əməkdar incəsənət xadimi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, Fəxriyə Xələfovanın iştirakı ilə ziyarət keçirildi.Ulu öndər Heydər Əliyevin,
Azərbaycanın oftamoloqu, Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü əməkdar elm xadimi Zərifə xanım Əliyevanın və elmlər doktoru, professor Azərbaycan Milli Elmlər Akademiyasının
həqiqi üzvü akademik “Şöhrət” ordeni laureatı, əməkdar elm xadimi Rəfiqə xanım Əliyevanın məzarları ziyarət olundu.Yaradılmış sənətkarlıq nümunəsi olan
Büstlər haqqında,onların inşası və tarixi ilə bağlı geniş məlumat verərk gəncləri bilgiləndirən Fəxriyə xanım,mütamadi olaraq bu layihədə iştirak edəcəyinidə bildirdi.
Qeyd edək ki, bu layihə Sumqayıt şəhərində,BDU – və.s.davam ediriləcək.

Daha çox xəbərlər