Beynəlxalq Təhsil üzrə Amerika Şurasının nümayəndəsi və eyni zamanda FLEX Proqram Məzunları üzrə koordinator Şəbnəm Vəliyeva Bərdə Rayonunda silsilə icma inkişaf layihələri həyata keçirmişdir. -Video
Fevral ayının 14-ü Beynəlxalq Təhsil üzrə Amerika Şurasının nümayəndəsi və eyni zamanda FLEX Proqram Məzunları üzrə koordinator Şəbnəm Vəliyeva Nofəl qızı Bərdə Rayonunda silsilə icma inkişaf layihələri həyata keçirmişdir.Qeyd edək ki Şəbnəm rayonumuzun yetirməsi və 2 saylı orta məktəbin 2014-cü il məzunudur.O, 2014 və 2015-ci illərdə Amerikada bir il boyunca FLEX Proqramı ilə ödənişsiz təhsil haqqı qazanaraq,ABŞ-ın İllinois ştatında 12-ci sinifi fərqlənmə ilə başa vurmuşdur.
ARANTV.AZ xəbər verir ki,Şəbnəm səfəri zamanı 3 icma layihə planı tədbiq etməkdədir.
İlk tədbir Şəhər 7 Saylı orta məktəbdə yerli ingilis dili müəllimlərini ABŞ-da bir il ödənişsiz təhsil ilə bağlı maarifləndirib,onların vasitəçiliyi ilə rayonumuzdan daha çox 11-ci sinif şagirdlərinin bu fürsətdən yararlanmağının təmin etməkdir.
Tədbirdə bir çox ingilis dili müəllimləri iştirak edib, təqdimatdan yararlandılar,habelə gələcəkdə təhsis olunacaq seminarda iştirak üçün qeydiyyatdan keçdilər.
2 Saylı orta məktəbin İngilis dili müəllimləri Familə Məmmədova və Elmira Xeyrullayeva aktif şəkildə proqram haqqında öz təcrübələrini paylaşdılar.
Tədbirin sonunda Bakı Amerika Mərkəzinin Bərdə Rayon ingilis dili müəllimləri üçün bağışladığı ABŞ nəşri olan müəllim vəsaitləri də paylanıldı.
Qey edək ki,Bərdədə FLEX proqramının ilk qalibi 2009-cu ildə Fidan Vəliyeva Nofəl qızı olmuşdur,onunla bərabər Nuranə Qasımova Arif qızı, Şəbnəm Vəliyeva Nofəl qızı, Vusal Kərimov,Orxan Huseynzada, Nihat İsgəndərli və Zahid Mammadli rayonumuzun yeganə FLEX məzunlarıdır.Bərdə rayonunun 2009-2020 illər üzrə yekunda 7 məzunu vardır,Şəbnəmin məqsədi bu sayı artırmaq və icamaya töhvə verəcək,onu dirçəldəcək fərdlərin formalaşmasıdır.
Daha sonra Şəbnəm, Rayonumuzun qızlardan ibarət futbol komandası və futbol ilə maraqlanan qızlar ilə birgə AFFA-nın “ Məktəblərdə Futobol Dərsi “ layihəsinin Bərdə üzrə icraşısı ,məşqçi Cabbar Hacıyevin iştirakı ilə futbol təlimi keçirmirdi.
Layihənin məqsədi qızların futbola cəlb olunması,onların icmada aktif şəkildə fəaliyyət göstərməsidir.
Təlimdə 30-dan artıq 5 və 6-cı sinif şagirdləri iştirak etmişdir.
Uşaqlara əsas hədiyyələr isə Şəbnəmin bağışladığı peşəkar futbol topları,yarışlar üçün nəzərdə tutulmuş su qabları ,eyni zamanda atası Nofəl Vəliyev və Şəbnəm tərəfindən təhsis edilən yenicə yaranan ,icma layihəsi olan Bembi futbol klubunun üzvlərinə isə futbol formaları təqdim olundu.
Təlimdən sonra qızların komandasına müraciət etmək istəyənlərin sayı çoxalmışdır.

