Region Xəbərləri 

“Sağlamlıq imkanları məhdud uşaqların 1-ci regional Forumu” layihəsinin təqdimatı keçirilmişdir

ARANTV.AZ xəbər verir ki, Bərdədə Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar” üzrə II qrant müsabiqəsinin fərdi kateqoriya üzrə  qalibi olan “Sağlamlıq imkanları məhdud uşaqların 1-ci regional Forumu” layihəsinin təqdimatı keçirilib.

 

Tədbirdə rayon Təhsil şöbəsinin əməkdaşları ilə yanaşı psixoloqlar, loqopedlər, sağlamlıq imkanları məhdud uşaqlarla işləyən mütəxəssislər iştirak etmişdir.

 

Layihənin rəhbəri Bərdə şəhər inkluziv komponentli günüuzadılmış tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi  Vüsalə Hüseynova təqdimatla çıxış edərək bildirmişdir ki, layihənin əsas məqsədinı cəmiyyətin diqqətini sağlamlıq imkanları məhdud uşaqlara yönəltmək və  Sağlamlıq imkanları məhdud uşaqların 1- ci regional Forumunun təşkil edilməsi təşkil edir.

Layihə rəhbəri qeyd  etmişdir ki, layihə çərçivəsində 100-ə yaxın sağlamlıq imkanları məhdud uşaqlarla işləyən mütəxxəsislərlə  iş aparılacaqdır. Bunlar sorğular keçirilməsi, təkliflərin toplanması, valideynlərlə  effektif əlaqələrin qurulması və mütəxəsislərin inklüziv təhsillə bağlı  bilik və bacarıqlarının artırılmasından ibarət olacaqdır.

 

Eyni zamanda Layihə çərçivısində əsas fəaliyyətlərdən biri sağlamlıq imkanları məhdud uşaqların 1-ci regional Forumunun keçirilməsi olacaqdır. Forumda sağlamlıq imkanları məhdud uşaqların qarşılaşdıqları problemlər, onların inklüziyası və cəmiyyətə inteqrasiyası, birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək fəaliyyətlər müzakirə ediləcəkdir. Foruma Bərdə, Tərtər və Ağdam rayonları ilə yanaşı Qarabağ bölgəsindən 100 yaxın sağlamlıq imkanları məhdud uşaqlar cəlb olunacaqdır.

Tədbirdə iştirak edən Bərdə rayon Təhsil şöbəsinin müdir müavini Xuraman Qurbanova və metodist Vüsal Quliyev həyata keçirilən layihənin əhəmiyyətini qeyd edərək, layihənin sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası  baxımından faydalı olacağını qeyd etmişdir.

Tədbir  qarşılıqlı müzakirə şəklində davam etmişdir.  İştirakçılar gələcəkdə bu cür maarifləndirici layihələrin və tədbirlərin keçirilməsinin zəruriliyini, valideyn məsuliyyəti və valideynlərin inklüziv təhsillə bağlı maarifləndirilməsi, mütəxxəsislərin   vəsaitlərlə və avadanlıqlarla təmin edilməsi, rayon məktəblərində psixoloq kabinetinin təşkil edilməsi ilə bağlı təkliflər səsləndirmiş və bu təkliflərin həyata keçirilməsinin faydalı olacağını bildirmişlər.

Daha çox xəbərlər