Küçədə dava düşdü, məsələyə Faiq Ağayev qarışdı – ANBAAN VİDEO
Bəstəkar-müğənni Murad Arifin “Youtube”da yayımlanan “Popumuz var” proqramında qonaq olan Xalq artisti Faiq Ağayev nümunəvi addım atıb.
ARANTV.AZ xəbər verir ki, avtomobil ilə Fəvvarələr meydanının yaxınlığından keçən F.Ağayev və M.Arif iki şəxsin dava etdiyini görüb.
Davanın əlbəyaxaya çevrildiyini görən Xalq artisti avtomobildən düşüb və tərəfləri ayırmaq üçün mübahisə edən şəxslərə yaxınlaşıb. Müğənni köməkçisi ilə birgə əlbəyaxa olan ikilini sakitləşdirmək üçün davaya müdaxilə edib.
İstəyinə nail olan Xalq artisti Faiq Ağayev abtomobilə geri dönüb və baş verən xoşagəlməz hadisəni belə şərh edib:
“Belə şeylərə dözmürəm. Elə bildin ki, bunu sənə görə (red: Murad Arif) etdim? Bir siqaretə, ehtiyatsız bir sözə görə niyə içəridə yatsın? İçəriyə girən insanın psixologiyası dəyişir. İstəmirəm belə şeylər olsun. Nümünə olmaq lazımdır”.
Oxu.Az

