Hadisə 

Bərdədə faciə: 22 yaşlı epilepsiya xəstəsi qaz sobasında yanıb öldü

Bərdə rayonunda gənc oğlan faciəli şəkildə ölüb.

ARANTV.AZ məlumatına görə, hadisə rayonun Kələntərli kəndində baş verib.

Kənd sakini, 1998-ci il təvəllüdlü epilepsiya xəstəsi İsgəndərov Elməddin İsgəndər oğlu yaşadığı evdə yatdığı vaxt epilepsiya tutub. O, xəstəliyin təsirindən otaqda çarpayısının yanındakı yanan qaz sobasının üstünə düşərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Trend.az

Daha çox xəbərlər