Gündəm 

Son 1 ildə Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsi 2 dəfə artıb

ARANTV.AZ  xəbər verir ki, “Yaxın vaxtlarda Çexiya şirkətlərinin iştirakı ilə ölkəmizdə “Tatra” yük avtomobillərinin və dəmir yolu vaqonlarının istehsalı nəzərdə tutulur. 2018-ci ilin 6 ayı ərzində Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsi 2 dəfə artıb”. Bu barədə Azərbaycan-Çexiya biznes forumunda məlumat verilib.

Azərbaycan-Çexiya biznes forumunda turizm, səhiyyə, logistika, bank, xidmət, sığorta, maşınqayırma, energetika və digər sahələrdə fəaliyyət göstərən 100-ə yaxın şirkətin nümayəndəsi iştirak etdi. İqtisadiyyat naziri Şahin Mustafayev bildirdi ki, iki ölkə arasında siyasi və iqtisadi əlaqələr uğurla inkişaf edir. Azərbaycan və Çexiya arasında strateji əməkdaşlıq haqqında Birgə Bəyannamə, müxtəlif sferaları, o cümlədən iqtisadi sahəni əhatə edən 25 sənəd imzalanıb. Hazırda Azərbaycanda xidmət, rabitə, ticarət, tikinti sahələrində 25 çex kapitallı şirkət fəaliyyət göstərir. Çex şirkətləri Azərbaycanda ümumi dəyəri 2 milyard dollardan çox olan dövlət layihələrində podratçı qismində iştirak edir. 2018-ci ilin 6 ayı ərzində Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsi 2 dəfə artıb. Çexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85%-i Azərbaycanın payına düşür.

Çexiyanın sənaye və ticarət naziri Marta Novakova isə ölkəsinin Azərbaycanla ənənəvi tərəfdaş olduğunu qeyd etdi. Sənaye, əczaçılıq, kimya, birgə müəssisələrin yaradılması və digər sahələrdə əməkdaşlıq imkanlarının mövcudluğundan danışdı.

Sonra AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev və Çexiyanın İqtisadiyyat Palatasının vitse-prezidenti Borjivoy Minarj biznes və investisiya imkanlarına, Çexiyanın Ticarət-Sənaye Platasının MDB ölkələri üzrə rəhbəri Frantişek Masopust çex şirkətlərinin fəaliyyətinə dair təqdimatlarla çıxış etdilər. Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər də keçirildi.

Daha çox xəbərlər