Hadisə 

Azərbaycanda motosikletçi faciəvi şəkildə öldü

İmişli şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ xəbər verir ki, fevralın 17-də saat 19 radələrində İmişli şəhərinin ərazisində şəhər sakini Əlibala Zeynalovun idarə etdiyi “İJ” markalı motosikletlə Oruclu kənd sakini O.Rzayevin idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş motosikletçi orada ölüb.

İmişli RPŞ tərəfindən araşdırma aparılır.BiG.AZ

Daha çox xəbərlər