Cəmiyyət 

Malayziyanın Baş naziri noyabr ayından sonra vəzifəsini təhvil verəcək

Malayziyanın Baş naziri Mahathir Məhəmməd noyabr ayında Asiya –Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) Sammitindən sonra vəzifəsini tərk edəcəyini açıqlayıb.

ARANTV.AZ-ın məlumatına görrə, Malayziyanın Baş naziri Mahathir Məhəmməd, keçən həftə Xalq Ədalət Partiyasının (PKR) sədri Ənvər İbrahimlə görüşündən sonra Baş nazirin dəyişdirilməsi ilə bağlı açıqlama edib.

“Hər hansı bir tarixin təyin olunacağını bilmirəm. Ancaq mən artıq vəzifə borcumdan imtina etməyə hazır olduğumu söylədim” deyən Mahathir, hakim koalisiya partiyalarının bu cümə günü iclasda baş nazirin dəyişdirilməsinin danışılıb danışılmayacağını bilmədiyini söyləyib.
Baş nazir postunun təhvil verilməsi vədinin hələ də qüvvədə olduğunu bildirən Mahathir, “koalisiyanın hansı istiqamətdə qərar verməsindən asılı olmayaraq, APEC sammitindən sonra vəzifəmi tərk edəcəyəm” deyib.

Bu il Baş nazir Mahathirin səlahiyyətlərini icra edəcəyi gözlənilən Ənvər, keçən həftə keçirilən iclasdan sonra Mahathirin bu ilin noyabr ayında Malayziyada APEC sammitindən sonra Baş nazir vəzifəsini təhvil verəcəyini təsdiqləyib.Sonxeber.az

Daha çox xəbərlər