Yük maşını minik avtomobili ilə toqquşdu – FHN əməkdaşları qəza yerində – VİDEO
Abşeronda yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi-Mehdiabad yolunun Goradil kəndindən keçən hissəsində qeydə alınıb. Ötmə əməliyyatı yerinə yetirən 10-NO-500 dövlət nişanlı “Hyundai” markalı minik avtomobili qarşı yolda hərəkətdə olan 90-HJ-292 dövlət nömrəli “Mercedes” markalı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb. Hadisə yerinə yol patrul xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

