Binədə qadın ağır xəsarətlərlə xəstəxanaya yerləşdirildi
Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər Binə qəsəbəsində qeydə alınıb. Yolu keçmək istəyən piyada – 1974-cü il təvəllüdlü Xətibova Venera Eldost qızını “Lada” markalı minik avtomobili vurub. Qadın hadisə nəticəsində ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.
Ona açıq kəllə-beyin travması, çanaq sümüyünün sınığı diaqnozu qoyulub.
V.Xətibova hazırda reanimasiya şöbəsində müalicə alır.

