Cəmiyyət 

Kartofun insan orqanizminə MÜSBƏT TƏSİRİ

Kartof adətən orqanizmə ziyanlı məhsul kimi tanınır. ARANTV.AZ-ın məlumatına görə, xüsusən də qızardılmış kartof ziyanlı sayılır. Çünki kartofun tərkibindəki nişasta qızardılanda başqa maddəyə, yəni karbohidrata çevrilir. Karbohidratlar qanda qlükozanın miqdarını artırır və mədəaltı vəz daha çox insulin hormonu ifraz etmək məcburiyyətində qalır. Bundan əlavə, kartofun tərkibində zəhərli solanin maddəsi var. Bəzi kartoflarda yaşıl yerlər bu maddənin miqdarından xəbər verir. Solanın insanı zəhərləyə bilər, başağrı və əzələ spazmasına səbəb ola bilər.
Amma Pensilvaniya universitetinin alimləri qeyd edirlər ki, kartof orqanizmə müsbət təsir də edə bilər. Onlar könüllüləri iki qrupa bölüblər və 4 həftə birinci qrupa düyü və digər dənli bitkilər, ikinci qrupa isə müxtəlif üsullarla hazırlanmış kartof təklif ediblər. Sonra isə alimlər könüllülərin qanlarının tərkibindəki qlükoza, xolesterin, insulin və təzyiqi ölçüblər.
Məlum olub ki, kartofla qidalananların göstəriciləri digər qrupa nisbətən daha yüksək olub. Alimlər qeyd edirlər ki, buxarda bişirilən kartof daha faydalıdır.Sonxeber.az

Daha çox xəbərlər