Hadisə 

Abşeronda silahlı şəxs tutuldu

Abşeron rayonunda silahlı şəxsin tutulması üçün əməliyyat keçirilib.

ARANTV.AZ  xəbər verir ki, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Xırdalan şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş R.Əzizov həbs edilib.

Ondan “AKM” markalı silah, 1 ədəd patron darağı və 29 ədəd patron aşkar edilərək götürülüb.Teleqraf.com

Daha çox xəbərlər