MSK-nın iclası başladı
Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.
ARANTV.AZ xəbər verir ki, iclasda komissiya üzvləri 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.
MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.
Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında, ümumilikdə, 4 dairə üzrə baş tutan seçkidə səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.
Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:
– 80 saylı İmişli-Beyləqan seçki dairəsi – lider namizəd Çingiz Qənizadə
– 74 saylı Lənkəran kənd seçki dairəsi – lider namizəd Hadı Rəcəbli
– 35 saylı Xətai üçüncü seçki dairəsi – lider namizəd Rauf Arifoğlu
– 33 saylı Xətai birinci seçki dairəsi – lider namizəd Hüseynbala Mirələmov.Unikal.org

