Kriminal 

Bakıda gəlin 70 yaşlı qayınanasını qətlə yetirdi

Bakıda qayınanasını qətlə yetirməkdə təqsirli bilinən Mədinə Qreçnevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ARANTV.AZ  xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rasim Sadıqovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qey edək ki, hadisə ötən il paytaxtın Xətai rayonu Lütfüzadə küçəsi 3, mənzil 91 ünvanında baş verib.

70 yaşlı Valentina Qreçnevanın oğlu işdən evə qayıdarkən anasının qan içində olduğunu görüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qadının başında bir neçə xəsarət aşkar ediblər.

Ailənin gəlini Mədinə Qreçnevanın evdə olmaması polisdə onun öldürüb qaçması şübhəsini yardıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb.

Mədinə Qreçneva cinayəti törətdiyini etiraf edib. O, hadisə baş verməzdən əvvəl qayınanası ilə mübahisə etdiyini vurğulayıb.

Münaqişəsi zəminində gəlin qayınanasını başına butulka ilə vuraraq öldürüb.


Ölkə.Az

Daha çox xəbərlər