Kriminal 

Sumqayıtda DƏHŞƏTLİ QƏTL — 41 yaşlı kişiyə 18 bıçaq vurdular

Sumqayıt şəhərində 41 yaşlı kişini qətlə yetirməkdə təqsirli bilinən Qədir Səfərov, Turan Dadaşlı, Turan Hüseynov və Elşad Dadaşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ARANTV.AZ  xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Sumqayıt şəhəri, 11-ci mikrorayonunda yerləşən kafelərin birində baş verib. 1978-ci il təvəllüdlü Babayev Tahir Gülmurad oğlu münaqişə zəminində bədəninin müxtəlif nahiyələrindən 18 bıçaq zərbəsi alaraq hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qədir Səfərov, Turan Dadaşlı, Turan Hüseynov və Elşad Dadaşov saxlanılıb.


Ölkə.Az

Daha çox xəbərlər