Yol polisi bu dəfə Keşlə bazarının qarşısında TƏLƏ qurur- VİDEO
Xəbər verdiyimiz kimi, bir müddət öncə sosial şəbəkələrdə Dövlət Yol polisinin əməkdaşlarının sürücülərə tələ qurması ilə bağlı videogörüntü yayılmışdı. İddialara görə, yol polisi əməkdaşı “Sədərək” Ticarət Mərkəzinin yanındakı dairədə xidməti avtomobili ilə dairə boyunca dayanmadan hərəkət edərək onlara yol verməyən sürücüləri saxlayıb məsuliyyətə cəlb edirdi.
Videogörüntü üzə çıxdıqdan sonra sözügedən polis əməkdaşları barədə ciddi tədbir görüldüyü də xəbər kimi yayılmışdı.
ARANTV.AZ xəbər verir ki, anoloji hadisə bu gün Keşlə bazarının qarşısındakı kiçik dairədə də təkrarlanır. Yəni polis əməkdaşıları sürücüləri məsuliyyətə cəlb etmək üçün eyni tələni qurmaqda davam edirlər.
Görüntülərdən də göründüyü kimi, polis maşını dayanmadan dairədə dövrə vurur və maşınları saxlayaraq cərimələyir.
Qeyd edək ki, həmin görüntülər sosial şəbəkələrdə xeyli izlənmə sayı qazanıb.

