Dünya 

Ərdoğan Putinlə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə sentyabrın 17-də Soçidə görüşəcək.

ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Pakistanda səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, liderlər Suriya məsələsini müzakirə edəcəklər.

“Türkiyə İdlib məsələsində əməkdaşlığa hazırdır. Suriya böhranının siyasi yolla həllini istəyirik”, – Çavuşoğlu deyib.

Xatırladaq ki, Putin və Ərdoğan sonuncu dəfə sentyabrın 7-də Tehranda görüşmüşdü.

Daha çox xəbərlər