Gəncədə qısqanc kişi sevgilisini öldürmək istədi
ARANTV.AZ xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Məhəmməd Bağırovun icraatına verilib.
İş üzrə məhkəmə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə ötən il Gəncə şəhərində baş verib. Şəhər sakini Məhərrəm Siratin qeyri-rəsmi nikah münasibətində olduğu Natavan Mustafayevaya qısqanclıq zəminində çoxsaylı bıçaq zərbələri endirib.
Ağır vəziyyətdə xəsatəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Məhərrəm Siratin saxlanılıb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb
Məhərrəm Siratin təqsirləndirilən şəxs qismində cəlb edilərək cinayət məcəlləsinin qeyd olunan maddəsi ilə ittiham olunub.
Ölkə.Az

