Bakıda kütləvi dava: yaralılar var
Bakıda kütləvi dava olub.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 559/560 ünvanının qarşısında baş verib. Kütləvi dava zamanı 1977-ci il təvəllüdlü keçmiş məhkum Cavadov Malik Ramin oğlu Bakı sakinləri – 1997-ci il təvəllüdlü Qəmbərli Fərid Xəqani oğlu və 1994-cü il təvəllüdlü Mustafayev İsmayıl Daşqın oğlunu bıçaqlayıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanıb.

