Cəmiyyət 

Yaddaşı gücləndirən qidalar

Adi kökün yaddaşın möhkəmlənməsinə, ananasın isə əzbərləmə qabiliyyətinə nə qədər təsir etdiyini bilirsinizmi? Bəs limonun qavramaya yardım etmək qabiliyyəti haqda?

Xüsusi ilə də növbəti aylarda abituriyentlərin imtahan verəcəklərini nəzərə alsaq, imtahanda stresin öhdəsindən gələcək qida məhsullarını bilməyiniz lap yerinə düşər.

Sinir sistemi üçün qoz, fındıq, fıstıq zehnin uzun müddət çalışmaq imkanını artırır, beynin əlaqələndirici maddələrinin əmələ gəlməsinə səbəb olur. Yaradıcılıq üçün zəncəfilin tərkibindəki maddələr beynin yeni fikirlər yaratmasına kömək olur, qan duru olduğu üçün sərbəst şəkildə axır, beyin oksigenlə qidalanır. Kök yaddaş qabiliyyətini artıran, beynin metabolizm prosesini canlandıran fermentlərdəndir. Ananas xüsusilə əzbərləmək üçün çox yararlıdır və digər meyvələrdə olmayan manqan elementinə malikdir.

Xoşbəxt olanda enerjiniz pozitiv olduğu üçün daha yaxşı öyrənə bilirsiniz. Qırmızı bibər acı olsa da, bədənin öz hormonu olan endorfinin ifraz olunmasını təmin edir. Çiyələk stresin təsirlərini azaldır. Banan da beynə xoşbəxtlik hissi verən seratonin maddəsinə malikdir. Öyrənmək üçün kələm qalxanvarı vəzinin fəaliyyətini azaldır, bu isə əsəb və stresə qarşı xeyirli qidadır. İmtahan öncəsi stress üçün tövsiyə olunur. Limon qavrama qabiliyyətini artırır.

Daha çox xəbərlər