Keçmiş məhkum yenidən cinayət törətdi — Göyçayda QANLI CİNAYƏT
ARANTV.AZ xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.
İş üzrə hazırlıq iclası martın 5-də keçiriləcək.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında baş verib.
Göyçay şəhər sakini, 1990-cı il təvəllüdlü Nəcəfov Əbülfəz Əvəz oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Göyçay Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Ə.Nəcəfovu bıçaqlayaraq qaçan Göyçay şəhər sakini, əvvəllər məhkumluq həyatı yaşamış, 1989-cu il təvəllüdlü Vasif Rüstəmov Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülüb.
Ölkə.Az

