Cəmiyyət 

Baş Nazir məktəblərlə bağlı qərar imzaladı

Baş Nazir Əli Əsədov ümumi təhsil müəssisələrində psixoloq ştatının sayının müəyyən edilməsi haqqında qərarı imzalayıb.

ARANTV.AZ  xəbər verir ki, bununla bağlı qərarla dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı aşağıdakı kimi müəyyən edilib:

– şagird sayı 1 000-dək olduqda, 1 vahid;

– şagird sayı 1 000-dən 3 000-dək olduqda, 2 vahid;

– şagird sayı 3 000-dən çox olduqda, 3 vahid.

Qeyd olunub ki, özəl ümumi təhsil müəssisəsində psixoloq ştatının sayı həmin təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən olunur.”Ölkə.Az”

Daha çox xəbərlər