Dünya 

Filippində ticarət mərkəzində silahlı şəxs 30 nəfəri girov götürdü – FOTO

Filippinin paytaxtı Manilada silahlı şəxs ticarət mərkəzində 30 nəfəri girov götürüb.

Bu barədə “The Manila Times” xəbər yayıb.

Xəbərdə bildirilir ki, “Greenhills” ticarət mərkəzində olan şəxslər təxliyyə edilib.

Binadan atəş səsləri eşidilib.

İlkin məlumata görə, güllə yarası alan bir nəfər xəstəxanaya yerləşdirlirib.

Əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları insanları girov götürən şəxslə danışıqlar aparmağa çalışırlar.

Daha çox xəbərlər