Kriminal 

Azərbaycanda qadın sevgilisini bıçaqladı

Zaqatalada bir neçə gün əvvəl xəsarətlə xəstəxanaya daxil olan şəxsin bıçaqlandığı məlum olub.

ARANTV.AZ-ın məlumatına görə, Göygöl rayon sakini, 1983-cü il təvəllüdlü Əfqan Zahid oğlu Hüseynov fevral ayının 25-də qarın boşluğunun kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya daxil olub.

Araşdırmalar nəticəsində onun qeyri-rəsmi nikah münasibətində olduğu Zaqatala rayon sakini, 1973-cü il təvəllüdlü Nadilə Maarif qızı Orucova tərəfindən bıçaqlandığı məlum olub.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.APA

Daha çox xəbərlər