Bakıda ağır yol qəzası — Yaralılar var
Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
ARANTV.AZ-ın report-a istinadən məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, “Niva” markalı avtomobil “Mercedes” markalı avtomobillə toqquşub. Hadisə zamanı 1-i qadın olmaqla, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar ərazidəki insanların köməkliyi ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. Onlardan biri – “Niva”nın sürücüsü, 1991-ci il təvəllüdlü Qəhrəmanov Şəhriyar İntiqam oğlunun vəziyyəti ağırdır.
Xəstəxanadan yaralılarla bağlı məlumat verməkdən imtina ediblər.

