Dövlət Turizm Agentliyi: Hotellərin çoxunda profilaktik tədbirlər həyata keçirilir
Koronavirusla əlaqədar hotellərin bir çoxu profilaktik tədbirlər həyata keçirirlər.
ARANTV.AZ xəbər verir ki, bunu Trend-ə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.
Onun sözlərinə görə, profilaktik tədbirlərin həyata keçirilməsi məcburi qaydada deyil:
“Amma bizim aldığımız məlumatlara görə, bir çox hotellər özləri profilaktik tədbirlər həyata keçirirlər. Ümumiyyətlə isə, koronavurusla əlaqədar vahid qərargah yaradılıb. O, bütün müəssisələrə lazımi təlimatlarını verir və məsələni nəzarətdə saxlayır”.

