Şou biznes 

Seyran xalq mahnısını yeni tərzdə oxudu – Video

Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov yeni layihəsini təqdim edib. ARANTV.AZ  xəbər verir ki, sənətçi “Ağacda alma” xalq mahnısını yeni aranjimanda və tərzdə ifa edib. Bundan əlavə, Seyran sözügedən bəstəni ekranlaşdırmaq üçün rejissorluq edib. Mahnı 2 dildə – Azərbaycan və alman dilində ifa olunub. Sözügedən layihə Seyran İsmayılxanovun “YouTube” səhifəsində yayımlanıb.

Daha çox xəbərlər