Azərbaycanlı futbolçu İngiltərənin məşhur klubuna iki qol vurdu – FOTO/VİDEO
Millimizin futbolçusu Renat Dadaşov İngiltərədə növbəti qolunu vurub.
ARANTV.AZ xəbər verir ki, İngiltərənin “Vulverhempton” klubunun 23 yaşadək komandasının (U-23) futbolçusu “Tottenhem”lə çempionat oyununda 90 dəqiqə meydanda olub.
Komandasının “9” nömrəsi Londonun Stivenic qəsəbəsində keçirilən oyunda gənc “mahmızlar” ilk hissədə “canavarlar”ın qapısından üç top keçirib. Lakin Renat Dadaşov fasilədən sonra iki qol vurub. O, əvvəlcə 77-ci dəqiqədə penaltidən fərqlənib. Səkkiz dəqiqə sonra danimarkalı qapıçı Endreas Söndeqonun ötürməsi ilə Renat rəqib qapısından ikinci topu keçirib.
Bununla belə, “Vulverhempton”un bundan artığına gücü çatmayıb və komanda 2:3 hesabı ilə uduzub. “Vulverhempton” U-23-ü 11 xalla 12 komanda arasında sonuncudur.
Xatırladaq ki, Renat Dadaşov daha əvvəl çempionat oyununda “Liverpul” U-23-nün qapısına qol vurmuşdu.Oxu.Az

