“Mənə xəyanət edən ərim ayaqlarımı sındırdı”- Məşhur astroloqdan ŞOK ETİRAF – FOTO
Məşhur türkiyəli astroloq Nuray Sayarı bu gün iştirak etdiyi verilişdə həyat yoldaşı tərəfindən şiddətə və xəyanətə məruz qaldığını bildirib.
ARANTV.AZ xəbər verir ki, “Bəyaz” televiziyasında yayımlananan “Həyatda hər şey var” verilişində bürcləri yorumlayan Nuray Sayarı 31 il öncə ailə qurduğu həyat yoldaşı Aşkın Sayarının Filiz adlı qadınla onu aldatdığını söyləyib:
“Bununla bağlı əlimdə sübutlarım var. Mən həyat yoldaşıma ayrılmaq istədiyimi dedim. Boşanmaq istədiyimə görə həyat yoldaşım məni vəhşicəsinə döyüb, ayaqlarımı qırdı. Həyat yoldaşımı qınamasınlar deyə, məcbur olub insanlara pilləkəndən yıxıldığımı söylədim. Bu gün həyat yoldaşım məni ölümlə hədələyir”.
Astroloq daha sonra prezident Rəcəb Tayyib Ərdoğana müraciət edərək həyatının təhlükədə olduğunu bildirib: “Mənə bir şey olsa, övladlarıma sahib çıxın”.

Sonxeber.az

