İdman 

Qadın güləş millimiz lisenziya turnirinə Minskdə hazırlaşacaq

Qadınlardan ibarət güləş yığmamız növbəti təlim-məşq toplantısına start verir.

ARANTV.AZ  xəbər verir ki, millimiz sabahdan etibarən martın 18-dək Belarusun paytaxtı Minskdə məşqlərini davam etdirəcək.

Komandamız baş məşqçi Aslan Ağayevin rəhbərliyi ilə yerli yığma ilə birgə hazırlıq prosesi keçəcək. Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer alacağı təlim-məşq toplantısı martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.

Bu üzdən Minskə olimpiya çəkilərində çıxış edən güləşçilərdən ibarət heyət yollanıb. Digər yığma üzvləri məşqçi Rövşən Umudovun rəhbərliyi ilə Bakıda Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirir.

Qeyd edək ki, yarışda qadınlar mübarizəyə martın 20-də start verəcək. Növbəti gün təsəlliverici və medal görüşləri keçiriləcək.

Mariya Stadnik ötən il dünya çempionatında 50 kq-da lisenziya qazandığı üçün millimiz Budapeştdə 53, 57, 62, 68 və 76 kq-da Olimpiadaya vəsiqə əldə etməyə çalışacaq.Oxu.Az

Daha çox xəbərlər